​İcra başçısının korteji narazılığa səbəb oldu - VİDEO

Baxış sayı:
5269

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun avtomobil karvanı kənd sakinlərinin etirazına səbəb olub. Muxalifet.az Yenicag.az-a istinadən xəbər verir ki, icra başçısı 10-a yaxın avtomobilin müşayiəti ilə kəndlərin birinə gedib. Bu haqda kənd sakinlərindən biri öz "Facebook” səhifəsində videogörüntü paylaşıb. Yayılan videogörüntüdə isə aydın görünür ki, icra başçısının kəndə gəldiyi avtomobil karvanını 1 polis və 10-a yaxın mülki avtomobil müşayiət edir. Həmin görüntüləri təqdim edirik: