İdlib böhranının aktyorları! KİM NƏYİ HƏDƏFLƏYİB?

Suriya böhranı İdlibdə düyünləndi. Amerikanın, Rusiyanın, Əsəd rejimi, İranın və hətta PKK terror təşkilatının da İdlib planları var. Bəs İdlib kim üçün nə mənaya gəlir?
Taha Dağlı / Haber7
İdlib Əsəd əleyhdarlarının son qalası mövqeyindədir.
Son prosesdə cənubda Xama və Kuneytradan da çəkilmək məcburiyyətində qalan müxalifətçilər burada toplaşdı.
Suriyalı müxaliflərin 2011-dən bu yana davam edən daxili müharibədə İdlibdən kənarda fəal olduqları bir bölgə yoxdur.
İdlibdə ən az 3 milyon vətəndaş var. İllərdir Əsəd rejimi, PKK və İŞİD terror təşkilatlarının hücumlarından qaçan vətəndaşların hamısı buraya sığınıb.
İdlib Türkiyə üçün çox kritik bir regiondur. Türkiyə sərhədində yer alır.
Türkiyənin bu regionda Astana prosesləri çərçivəsində təşkil etdiyi 12 müşahidə məntəqəsi yer alır. Yəni Türk əsgəri 2017-nin sentyabrından bu yana İdlibdə hərbi varlığını davam etdirir.
İdlibdəki vətəndaşlar üçün Türkiyənin yeri tamamilə başqadır. 2 ay əvvəl İdlibdəki tayfa liderləri referendumla Türkiyəyə bağlanmaq istədiklərini bildirdilər və bunun üçün 1 milyon imza topladılar.
İdlib, Türkiyə üçün 2016-da “Fərat Qalxanı” hərəkatından bu yana davam edən terrorla mübarizədə xüsusi bir yerə sahibdir. Azez-Cerablus xətti və Afrin kimi, həm İŞİD, həm də PKK terrorçularından təmizlənilən sahələr, İdlibə çox yaxın rayonlardır.
Bu gün Əsəd rejimi İdlibə əməliyyat hazırlığı görür.
Bəhanə İdlibdəki Əl-Qaidə ünsürləri olan Heyət Təhrir Şam adlı qrupdur.
Əl-Qaidə bəhanəsi ilə İdlibə geniş miqyaslı hücumlar həyata keçirilməsi İdlibdə mülki qırğına yol açacaq.
Bu yeni miqrasiya dalğasını tətikləyəcək.
İdlib Suriyalı qaçqınların təhlükəsiz olaraq yaşaya biləcəyi bir ərazi anlamına da gəlir. Amma əgər İdlib ağır hücum altına girərsə, yeni qaçqın axınları doğulacaq.
İdlibdə ehtimal olunan bir fəlakət nəticəsində qaçqın axınını olmasından Aİ narahatdır. Çünki 2015-ə bənzər bir köç dalğasının bir daha yaşanmasını istəmirlər.
Əsəd Əl-Qaidə bəhanəsi ilə İdlibi ələ keçirmək istəyir. Əslində burada Əsədi yönəldən qüvvə İrandır.
İranın bölgədə 300 minə yaxın silahlı ünsürləri var. Tehran, İdlibi də alıb Suriyadakı Şiə qövsünü artırmaq istəyir.
İdlib düşərsə, Türkiyə baxımından Afrin, Azez və Cerablus kimi nailiyyətlər da təhlükəyə girər.
Çünki Əsəd rejiminin İdlibdəki planlarında PKK terror təşkilatının de yeri var.
PKK terrorçuları Əsəd ordusunun paltarlarını geyinməyə hazırdır.
Burada diqqət çəkən detal İranın həm Əsəd rejimi, həm də PKK terror təşkilatıyla İdlib məsələsində birgə hərəkət etməsidir. Hizbullah təşkilatının lideri Nasrallah, PKK-lılara müraciət edərək, Əsəd rejimilə birlikdə olmalarını tövsiyə edib.
Yəni İdlib düşdüyü təqdirdə Əsəd rejimi ilə PKK, İran nəzarətindəki Afrinə də girməyə cəhd edəcəklər.
ABŞ-a gəlincə.
ABŞ Əsəd rejiminin kimyəvi silah istifadə edəcəyi iddiasını ortaya atıb, hava hərəkatı mesajı verdi.
Ancaq ABŞ-ın problemi heç vaxt Əsəd rejimini tamamilə bitirmək olmadı.
Tramp bu günə qədər iki dəfə Əsədin qərargahlarını bombalayıb, ancaq iki əməliyyat da məhdudiyyətli və Əsədə zərər verməyəcək səviyyədə olub.
Rusiyanın İdlibdə təhdid olaraq gördüyü nöqtə Əl-Qaidə terror elementlərindən ibarət olan Təhrir Şam qrupudir.
Rusiya, İdlibdə Əl-Qaidəni bəsləyən gücün ABŞ olduğunu çox yaxşı bilir.
Ancaq yenə də İdlib, Rusiya ilə ABŞ-ın qarşı-qarşıya gələcəyi bir savaş meydanı olacağına bənzəmir.
O ki qaldı İdlibdəki Əl-Qaidə ünsürlərinə, onların Əsəd rejimi və PKK ilə ticarət əlaqələri var.
Suriya içərisində avtomobil yollarında nəzarəti əlində saxlayan güclərdən biri olan Heyət Təhrir Şam, neft və digər kommersiya məhsullarla Əsəd rejimi ilə ticarət etdiyi məlumdur.
Türkiyə, İdlibdə hərbi varlığı olan bir ölkədir.
Türk əsgərinin 12 müşahidə məntəqəsi var.
Əl-Qaidə ünsürlərinin İdlibdə təmas halında olduğu digər Suriyalı müxaliflərin üzərində də Türkiyənin təsiri var.
Astana proseslərinə də Əl-Qaidə ünsürləri daxil edilmişdi.
Onlarla təmasda olan Rusiyanın da görüşdüyü mülayim müxaliflərin, İdlibdəki Əl-Qaidə ünsürlərini təsirsiz hala gətirmələri də bir seçimdir. Ancaq bu, asan da deyil.
Çünki İdlibdəki Əl-Qaidə əlaqələrini bu nöqtəyə gətirən, bəsləyib, böyüdən başda ABŞ olmaqla, bir çox qüvvə var.
Türkiyə həm hərbi gücü ilə meydançadadır, həm də diplomatiya təcrübəsi masadadır və İdlib böhranının həlli üçün səy sərf edir.
ABŞ daxil olmaqla, bir çox gücün İdlib üzərində fərqli hesabları olduğu ortadadır.
Bu hesabların çoxunda da Türkiyənin hədəfdə olduğunu görürük.
Ancaq Rusiya ilə strateji tərəfdaşlığın hər iki tərəfə də olan müsbət töhfələri, Təbriz görüşləri və Türkiyənin sərhəddən kənarda terrorla mübarizədə son 2 ildir göstərdiyi qətiyyət, İdlibdəki fəlakət ssenarilərinin qarşısını almaq üçün təsirli olacaqdır.
Tərcümə etdi: Müxalifət.az