İki şəhərdə su olmayacaq
28-11-2018 10:10
Baxış sayı:
3613

Bu gün iki şəhərdə su olmayacaq.
“Azərsu” ASC-dən Publika.az-a verilən məlumata görə, Şirvan-Muğan qrup su kəmərində aparılan profilaktik işlərlə əlaqədar 28 noyabr 2018-ci il tarixində gün ərzində Şirvan və Salyan şəhərlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.