​İlk tur: "Qəbələ" "Səbail" matçı başa çatdı

Baxış sayı:
1723

Topaz Premyer Liqasının ilk turunda "Qəbələ" "Səbail"i qəbul edib.
Muxalifet.az xəbər verir ki, meydan sahibləri rəqibinin qapısından 3 cavabsız top keçiriblər.
Hesabı 21-ci dəqiqədə Asif Məmmədov açıb. 63-cü dəqiqədə kapitan Ürfan Abbasov fərqi iki topa çatdırıb. Ceyms Adeniye isə 81-ci dəqiqədə yekun hesabı müəyyən edib: 3-0.
Günün digər matçında isə "Keşlə" və "Sabah" klubları üz-üzə gəlirlər.