İngiltərə Ərəb Əmirliklərini hədələdi

Baxış sayı:
2851

İngiltərənin xarici işlər naziri Ceremi Hunt, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) casusluq ittihamı ilə ömürlük həbs cəzası verdiyi İngilis vətəndaşı Metyu Hedgesin vəziyyətinə dair, "Bu məsələni həll etməsək, ciddi diplomatik nəticələri olacaq" deyə BƏƏ-ni hədələyib.
 
“Sky News” televiziyasına açıqlama verən Hunt, İngiltərənin Hedgesin vəziyyəti haqqında qayğılarını BƏƏ rəhbərliyinə çatdırdığını bildirib.
Hunt, "Bu məsələni həll etməsək, ciddi diplomatik nəticələri olacaq, çünki bu hal qəbul edilə bilməz" deyib.
Nazir Hunt, sosial media hesabından bölüşdüyü mesajda da dünən Hedgesin vəziyyəti ilə bağlı olaraq BƏƏ həmkarı və bu ölkənin Londondakı səfiri ilə görüşdüyünü bildirib.
Hunt-un Xarici İşlər Nazirliyində qəbul etdiyi Hedgesin xanımı Daniel Tejada ilə görüşdən sonra mətbuata verdiyi açıqlamada, "Kaş qayğılarım ən əvvəlcədən daha ciddiyə alınsaydı, amma ən azından indi Xarici İşlər Nazirliyinin daha möhkəm bir mövqe tutmağa başladığını görürəm" deyə söyləyib.
Müxalifət.az