İnsanlığın SONU GƏLİR - Qiyamət gününün vaxtı dəqiqləşdi...

7,6 milyard Yer kürəsi əhalisinin iki milyarddan çoxu su çatışmazlığı hiss edir və ya ümumiyyətlə təmiz su ehtiyatından istifadə edə bilmir.
Muxalifet.az Rusiya KİV-nə istinadən bildirir ki, bu barədə BMT-nin yeni hesabatında deyilir.
Xəbər verilir ki, 2030-cu ilə kimi planetin bütün əhalisini normal sanitariya səviyyəsində təmiz su ilə təmin etmək üçün əvvəllər dünyanın qarşıya qoyduğu məqsədə çatmaq mümkün deyil. 2050-ci ilə kimi planetin əhalisinin yarısının təhlükəsiz, sanitar normalara uyğun su ehtiyatlarından istifadə etməsi mümkün olmayacaq.
İçməli suyun böyük bir həcmi kənd təsərrüfatında istifadə olunur. Ən böyük sərfiyyat heyvanlar üçün kənd təsərrüfatı məhsullarını yetişdirməyə gedir. Bununla belə, BMT-nin hesabatında göstərilir ki, yaxın on illiklərdə enerji sektorunda su ehtiyatlarından istifadənin əhəmiyyətli dərəcədə artması gözlənilir.
Alternativ enerji qaynaqları problemi həll etmir. Alternativ enerji imkan verir ki, atmosferə atılan karbon qazlarının səviyyəsi aşağı düşsün. Amma bioistilik məhsullarını almaq üçün daha çox su tələb olunacaq, nəinki yanacaq məhsullarının alınması və istifadə edilməsində.
2050-ci ilə 3,5 milyarddan 4,4 milyarda kimi insan dünyada içməli təmiz sudan məhdud şəkildə istifadə edə biləcək, o cümlədən bunların 1 milyarddan çoxu böyük şəhərlərin əhalisi olacaq.
Hindistanda 163 milyondan çox əhali içməli sudan istifadə edə bilmir. İkinci yerdə Efiopiya gəlir. Burda 61 milyon adam təmiz su çatışmazlığından əziyyət çəkir.