​"İnterpol"a yeni prezident təyin edildi - FOTO

Baxış sayı:
7534

Beynəlxalq Polis Təşkilatı "İnterpol"un yeni prezidenti Dubayda keçirilən 87-ci İnterpol Baş Assambleyasının Toplantısında məlum olub.
Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, rəhbərlik mandatı üçün Cənubi Koreya, Rusiya və Cənubi Afrika namizədləri yarışıb.
"İnterpol"un yeni rəhbəri Cənubi Koreyalı Kim Çon Yan seçilib.
Xatırladaq ki, Men Hunvey sentyabrın 29-da Fransaya, daha sonra Çinə rəsmi səfərə gedəndən sonra itkin düşmüşdü.
Daha sonra o, Çində korrupsiya fəaliyyətində şübhəli bilinərək saxlanılmışdı və Hunvey istefa vermişdi.