İRAN BANKLARINA QADAĞA: Dollar satışı qadağan edildi

Baxış sayı:
4363

İraqın Mərkəzi Bankı ölkədə fəaliyyət göstərən bankalara xəbərdarlıq göndərib.

Muxalifet.az xəbər verir ki, Mərkəzi Bank İraqda yerləşən İrana aid bank şöbələri ilə dollar alış-verişinin qadağan edildiyini bildirib.

İraqın baş nazirinin sözçüsü Səad əl Hədisi ölkəsinin ABŞ-ın İrana tətbiq etdiyi maliyyə sanskiyaları dövründə İran ilə ticarətdə dollardan istifadəni ləğv etmək məcburiyyətində qaldıqlarını deyib. Həmçinin, İranla ticarətdə sanskiyaların təsirini azaltmaq üçün başqa üsulları sınaqdan keçirəcəklərini qeyd edib.