​İran böhranı: Avropa təslim olacaq

Baxış sayı:
2368

Avropa İranla nüvə razılaşmasına yenidən baxmağa razılıq verməli olacaq.
Muxalifet.az xəbər verir ki, bunu "RİA Novosti" agentliyinə açıqlamasında amerikalı eks-diplomat Cim Catras deyib. Onun sözlərinə görə, avropalı liderlər şirkətlərinə qarşı sanksiyaların tətbiq edilməməsi üçün Tehranla ticarət əməkdaşlığını azaltmalı olacaq:
"Təsəvvür edək ki, avropalılar özlərinin müdafiəsinə qalxıblar. Onlar Vaşinqtona deyə bilərdilər ki, Rusiya və Çinlə həmrəydirlər və müqavilədə qalırlar. Amerikanın istənilən sanksiyasına qarşı avropalılar cavab sanksiyası tətbiq edəcəklər. Məsələ odur ki, avropalıların bunu etməyə cəsarətləri çatacaqmı? Tramp hazırda London, Paris, Berlin və Brüsseli sanksiyalarla təhdid edir. Vaşinqton ümid edir ki, onlar qorxub, təslim olacaqlar".