​İran İrəvana yardım təklif edir – “Bu, Ermənistan üçün faydalı ola bilər…”

Baxış sayı:
2791

İranın Ermənistandakı səfiri Mehdi Sobhani ərazi idarəetmə və infrastruktur nazirinin müavini Vaçe Terteryana su anbarlarının tikintisinə köməklik təklif edib.
Bu barədə Ermənistan KİV-i nazirliyin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Səfirin sözlərinə görə, Ermənistan zəngin su ehtiyatlarına malikdir və İran su anbarlarının tikintisi təcrübəsi baxımından dünyanın ilk on ölkəsi sırasındadır və bu, Ermənistan üçün faydalı ola bilər. Səfir nazirliyin su anbarlarının tikintisi ilə bağlı hansı proqramları olduğunu soruşub.
Terteryan eyni zamanda bildirib ki, Ermənistan bu və digər sahələrdə İranla əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır.