“İran istəsə görüşərik, istəməsə…" – Donald Trampdan açıqlama
21-08-2018 16:01
Baxış sayı:
7819

ABŞ Prezidenti Donald Tramp Röyters agentliyinə müsahibəsində İranla danışıqlardan və bununla bağlı rəsmi Tehrana irəli sürdüyü təklifindən danışıb.
Muxalifet.az xəbər verir ki, o, İranla danışıqlara başlamaqda maraqlı tərəf olmadığını bildirib.
Tramp jurnalistin “Sizin Həsən Ruhani ilə ilkin şərtsiz danışıqlara hazır olmağınızla bağlı təklifinizin İran rəsmiləri tərəfindən rədd edilməsinə münasibətiniz nədir” sualına cavabında deyib:
“İran rəsmiləri istəsələr görüşərik, yox, əgər istəməsələr problem deyil. Daha doğrusu, onların mənimlə görüşüb-görüşməməsi mənim üçün o qədər də əhəmiyyətli deyil”.