İran kəşfiyyatı onlarca xarici casusu həbs edib

İranın xəbər agentliyi “İSNA”-ya açıqlama verən İranın kəşfiyyat naziri Mahmud Alavi, İran təhlükəsizlik qüvvələrinin İran hökumətinin müxtəlif müəssisələrində çalışan onlarla xarici casusu həbs etdiyini açıqlayıb.
Açıqlamasında həbs olunan şəxslərin hansı ölkələr üçün işlədiyinə və nə vaxt həbs olunduqlarına dair bir məlumat verməyən Alavi, sözügedən şəxslər arasında ikili vətəndaşlığı olan İranlıların da yer aldığını deyib.
Qeyd edək ki, daha əvvəl ABŞ-ın terror təşkilatları siyahısında olan, amma indilərdə ABŞ Dövlət Departamenti və Ağ Evlə dərin əlaqələrə malik İranlı Xalqın Mücahidləri təşkilatının lideri Məryəm Rejavi, şənbə günü etdiyi açıqlamada Qərbli ölkələrə rejimin casuslarını və pullu əsgərlərini deportasiya etmə çağırışı etmişdi. Rejavi, deportasiya edilməsini tələb etdiyi sözügedən şəxslərin dövlət dəstəkli terrorizmi təşviq etmək üçün diplomatik mənbələrdən istifadə etdiklərini irəli sürmüşdü.
Müxalifət.az