​İran liderindən əmr: Anbarları boşaldın...

Baxış sayı:
10441

İran Prezidenti Həsən Ruhani ABŞ-ın sanksiyalarından sonra ölkə bazarlarında yaranan kəskin qiymət artımı səbəbindən anbarlardakı malların bazara çıxarılması ilə bağlı əmr verib.
Muxalifet.az xəbər verir ki, bu sözləri İran prezidentinin xüsusi nümayəndəsi Mahmud Vaizi deyib. O bildirib ki, hökumətin xüsusi toplantısından sonra dövlət başçısı sözügedən qərarı verib.
Vaizi vurğulayıb ki, ölkədəki proseslərin iqtisadiyyatla əlaqəsi yoxdur və bu, psixoloji savaşın bir hissəsidir.
Qeyd edək ki, mayın 8-də ABŞ lideri Donald Trampın İranla nüvə razılaşmasından çıxmasından sonra İranda bir çox sahədə qiymətlər kəskin şəkildə artmaqda davam edir.