İran təzyiqlərə boyun əymədi: URANIN ZƏNGİNLƏŞDİRİLMƏSİNƏ BAŞLAYIR

Baxış sayı:
9109

İran çərşənbə axşamı uranın zənginləşdirməsi potensialının artırılması prosesinə başlayacağı ilə MAQATE-ni məlumatlandıracaq.
 
Bu haqda İranın nüvə enerji sözçüsü Bəhruz Kamalvandi “İnterfaks”a məlumat verib.
İSNA xəbər agentliyinin verdiyi məlumata görə, rəsmi Tehran bununla bağlı MAQATE-yə rəsmi məktub göndərəcək.
Qeyd edək ki, bazar ertəsi İranın ali lideri Ayətullah Xamneyi uranı zənginləşdirmək üçün sentrifuqların sayını artırmaq tapşırığını verib.
MAQATE nümayəndəsi də İran 20 faiz səviyyəsinə uranın zənginləşdirilməsini artırmağa hazır olduğunu bildirib və bu prosesə 2-3 gün ərzində başlayacağını deyib.
Müxalifət.az