İrandan Türkiyəyə 5 gündə 16 min turist gəldi
21-08-2018 23:51
Baxış sayı:
8758

Qurban bayramı tətilində İrandan Türkiyəyə 128 sərnişin təyyarəsi uçuş edib.
Muxalifet.az xəbər verir ki, bu uçuşların 85-i Tehran-İstanbul reysi ilə həyata keçirilib.
Son beş gündə İrandan təyyarə ilə gələn sərnişinlərin 16 min nəfəri Türkiyənin müxtəlif istiqamətlərinə turistik səfər edib.