İrandan Türkiyəyə ABŞ çağırışı!

Baxış sayı:
7141

İran Məclisinin sədri Əli Laricani ABŞ-ın Asiyada qeyri-sabitliyi artırmaq üçün terror təşkilatı İŞİD döyüşçülərindən bir hissəsini Əfqanıstana nəql etdiyini, bu barədə İran, Türkiyə, Rusiya, Çin, Pakistan və Əfqanıstan arasında terrorla mübarizə sahəsində əməkdaşlığın çox vacib olduğunu deyib.
 
İran Məclisinin İnformasiya Agentliyi “İCANA”-ya görə, Laricani, paytaxt Tehranda Çin Məclis sədrinin müavini Çen Zu ilə bir araya gəlib. Görüşdə ABŞ-ın tək tərəfli olaraq çəkildiyi nüvə müqaviləsi və terrorla mübarizə məsələləri müzakirə olunub.
ABŞ-ın Asiyada qeyri-sabitliyi artırmağı hədəf seçdiyinə diqqəti çəkən Laricani, "ABŞ-ın İraq və Suriyadakı problemləri Asiyanın digər nöqtələrinə daşımaq üçün keçən il bir çox İŞİD döyüşçüsünü Əfqanıstana nəql etməsini göz önünə aldıqda İran, Çin, Pakistan, Türkiyə, Rusiya və Əfqanıstanın terrorla mübarizədəki iş birliyi çox önəmlidir" deyib.
Müxalifət.az