İranın Əsədlə anlaşmasının arxa planı

Dünən İranın müdafiə naziri Əmir Xatəmi, Suriyada Bəşşar Əsədə bağlı rejim ordusunun yenidən qurulması üçün hər cür dəstək verəcəklərini açıqlamışdı. İranın, Rusiyanın çevriliş edə biləcəyi əndişəsi ilə Əsəd ilə razılaşdığı və ordusunun formalaşmasına dəstək verəcəyi aydınlaşıb.
İRAN, RUS TƏHLÜKƏSİNƏ QARŞI TƏDBİR GÖRDÜ
Arabi el-Cedid”-ə açıqlama verən hərbi mənbələr, Suriya rejimi içərisində artan Rusiya və İran təsirinin, bir birlieri üçün təhlükə və təhdid yaratdıqlarına diqqət çəkərək, İranın bu vəziyyətə qarşı qabaqlayıcı gördüyünü deyiblər.
İRAN, SURİYADAKI VARLIĞINI İTİRMƏK İSTƏMİR
Mənbələr, "İran uzun müddətdir Rusiyanın ondan narahat olduğunun fərqində idi. İbdlibdəki müharibənin başa çatması ilə yenidən qurulacaq olan ölkədə, öz varlığını itirmək istəmir" deyə, bildiriblər.
"ƏSƏDİN İSTƏYİ İLƏ BURADAYIQ"
Qeyd edək ki, İranın müdafiə naziri Əmir Xatəmi, dünən Suriyanın dövlət başçısı Bəşşar Əsəd ilə görüşmüş və hərbi əməkdaşlıq sazişi imzalamışdı. İranın, müqavilə çərçivəsində rejimə "hər cür hərbi xidmət" verəcəyini bildirən Xatəmi, bunları demişdi:
"İranın Suriyadakı varlığı Suriya hökumətinin istəyi əsasında baş tutdu. Buradakı varlığına dair üçüncü bir ölkənin görüş bildirmə haqqı yoxdur. Bu İran və Suriya arasında bir mövzudur. Heç kəsin buna müdaxilə haqqı yoxdur".
Müxalifət.az