İranlı gömrükdən daxili orqanında 24 ədəd həb keçirmək istədi - FOTO

Baxış sayı:
11146

Biləsuvar gömrük postunda sərhədi keçən şəxsin daxili orqanlarında gizlin keçirmək istədiyi psixotrop maddə aşkarlanıb.
Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından gələn bu ölkə vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb.
Şifahi sorğu-sual zamanı vətəndaş üzərində və əl yükündə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, onun daxili orqanı - düz bağırsağında rezin bükümdə, cəmi 24 ədəd mavi, silindir formalı psixotrop maddə - metilendioksimetamfetamin adlı həblər aşkarlanıb.
Qeyd edək ki, metilendioksimetamfetamin MDMA (ekstazi) maddədir.
MDMA "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in I siyahısına daxildir və 24 ədəd həbdə MDMA-nın təsiredici maddəsinin ümumi miqdarı 0.72 qram təşkil edir.