İrəvan məhkəməsi polis öldürmüş qiyamçını azadlığa buraxdı
14-06-2018 15:04
Baxış sayı:
9373

2016-cı ilin yayında Ermənistan paytaxtındakı polis alayını silahlı yolla ələ keçirən “Sasna tser” silahlı qruplaşmasının daha bir üzvü məhkəmə zalından azadlığa buraxılıb.
Erməni mediasının verdiyi xəbərdə deyilir ki, İrəvanın Avan və Nor Nork məhkəmələrində keçirilən proseslərdə məhkəmə araşdırması bu gün də davam etdirilib. Hakim Artuş Qabrielyan mühakimə olunan Artur Soqomonyanla bağlı həbs qərarının dəyişdiyini elan edib.
Maraqlıdır ki, yeni hakimiyyət Serj Sərkisyana qarşı silahlı qiyam edənlər də daxil, xeyli keçmiş məhkumu sərbəst buraxıb. Polis alayının ələ keçirilməsi zamanı isə 1 polis zabiti öldürülmüş, daha iki nəfər yaralanmışdı.