İŞİD sıralarına sızdı, 48 terror hadisəsinin qarşısını aldı: SONRA İSƏ..

Baxış sayı:
4108

İraq kəşfiyyatında xidmət edən kapitan Harit əl Sudanının, İŞİD sıralarına sızaraq, terror təşkilatının İraq ərazilərində keçirməyi planlaşdırdığı 30 maşın bombası və 18 intihar hücumuna mane olduğu ortaya çıxıb.
 
2014-də təşkilata sızmağı bacaran Əl Sudanının, İraq kəşfiyyatına bağlı "Şahin Kəşfiyyat “ özəyinə üzvü olduğu və ailəsinin də bu işdən xəbərsiz olduğu bildirilir.
 
KİMLİYİ İFŞA OLDU
 
“Vətən” qəzetində yer alan xəbərə görə, keçən il yanvar ayında təşkilat tərəfindən edam edildiyi düşünülən Əl Sudanının, kimliyi ortaya çıxana qədər İŞİD-in paytaxt Bağdad və onun ətrafında keçirməyə çalışdığı çoxsaylı böyük terror hücumuna mane olduğu bildirilir. Yerli mətbuatda çıxan xəbərlərə görə, Əl Sudanı təşkilatda, bombalı avtomobilləri hücum nöqtəsinə qoyma vəzifəsini yerinə yetirirmiş. Gənc kəşfiyyatçı, təşkilat üzvlərindən təhvil aldığı bomba yüklü vasitələri, bomba məhv komandalarına aparır, sonra həmin bölgədə saxta bombalarla hücum təşkil olunmuş görüntüsü yaradırmış.
 
SAXTA BOMBA QOYDU
 
2016-da Bağdadın Əl Hurriye səmtindəki bazarı hədəf alan bombalı avtomobil təcavüzünün həqiqətdə heç baş vermədiyi, bunun yerinə bölgədə saxta bomba partladıldığı, bir qrup insanın da ölü və yaralı təqlidi etdiyi qeyd edilib. Polisin hadisə yerində çəkilən təhlükəsizlik kamerası görüntülərini İŞİD-ə bağlı “Amaq” xəbər agentliyinin də yayımladığı və hücumu təşkilatın üzərinə götürdüyünü elan etdiyi bildirilir.
Əl Sudanının rəhbəri Əbu Əli əl Bəsri, “Daily Mail” qəzetinə verdiyi müsahibədə, "İŞİD ondan şübhələnməyə başlayanda avtomobilinə bir dinləyici qoydu. Təşkilat liderləri, (Əl Sudanının) bizimlə apardığı söhbətləri eşidəndə da edam əmrini verdi" deyib. Komanda yoldaşları, gənc kapitanın 2017-ci ilin avqustunda İŞİD tərəfindən yayımlanan edam videosunda görülən 4 nəfərdən biri olduğunu hesab edir, ancaq bu günə qədər Əl Sudanının cəsədi tapılmayıb.
Müxalifət.az