İsrail HƏMAS-la atəşkəs elan etdi - GİROVLAR AZAD EDİLİR
21-11-2023 18:46
Baxış sayı:
2669

İsrail ordusu ilə HƏMAS arasında müvəqqəti atəşkəs elan edilib.
Bu barədə “Al Shark” qəzeti məlumat yayıb.
Bildirilir ki, atəşkəs beş gün davam edəcək. Həmçinin, oktyabrın 7-dən bəri HƏMAS tərəfindən əsir saxlanılan 10 girov 30 fələstinli məhbusun əvəzində hər gün azad ediləcək.
İsrail öz növbəsində Qəzza zolağında blokadada olan əhali üçün humanitar yardımla gündə 100-dən 300-ə qədər yük maşını keçirməyə razılaşıb.