​İsrail HƏMAS-a şərt qoydu: Girovları azadlığa buraxsalar...

Baxış sayı:
3700

Qəzzada uzunmüddətli atəşkəsin təmin edilməsi üçün HƏMAS-ın girov götürdüyü israillilər azadlığa buraxılmalıdır.
Muxalifet.az xəbər verir ki, bunu İsrail Müdafiə naziri Aviqdor Liberman deyib. O bildirib ki, bu məsələ misirli vasitəçilər tərəfindən dəfələrlə dilə gətirilib:
“Sükunəti qorumaq istəyirik. Lakin lazım gəldikdə hərbi əməliyyat təşkil edib, Qəzzanın tək iqtisadi qapısı olan Kərm Əbu Salimi də bağlayacağıq”.
Qeyd edək ki, rəsmi Təl-Əviv HƏMAS-ın 4 israillini girov götürdüyünü iddia edir.
Hərəkat rəhbərliyi isə girovların aqibəti ilə bağlı məlumat vermir.