İsrail Suriya bazalarını darmadağın etdi - VİDEO

Baxış sayı:
2563

İsrail ordusu ölkənin şimal sərhədində həyəcan siqnalı ilə hazır vəziyyətə gətirilib.

Muxalifet.az xəbər verir ki, raketdən müdafiə sistemləri döyüşə hazır vəziyyətə gətirilib və sığınacaqların açılması barədə əmr verilib.

Məlumata görə, Suriya sərhədində İran hərbi qüvvələrinin aktiv fəaliyyətinin müşahidə edilməsi İsrail ordusunun belə qərar qəbul etməsinə səbəb olub.

Qeyd edək ki, az öncə Tramp İranla nüvə razılaşmasından çıxdığını elan etdi.

***

Suriyanın havadan müdafiə sistemləri Dəməşqin Kisva mahalını hədəf alan İsrail raketlərini zərərsizləşdirib.

SANA agentliyi xəbər verir ki, 2 raket məhv edilib.

Suriya ordusu hücumun İsrail tərəfindən həyata keçirildiyini təsdiqləyib.

***

İsrailin Suriyada hərbi bazaları vurmasından sonra başlayan yanğın və dağıntının videosu yayılıb. Bəzi mənbələr vurulan bazalarda İran hərbçilərinin olduğunu bildirir(axar.az).