İsraildən müharibə hədəsi: MÜDAXİLƏ EDƏ BİLƏRİK

İsrail mətbuatına açıqlama verən və adının açıqlanmasını istəməyən yüksək səviyyəli bir səlahiyyətli İsrail ordusunun Livan sərhədində başladığı "Şimal Qalxanı" adlı əməliyyata münasibət bildirib.
Yerli mətbuatda yer alan xəbərlərə görə, sözügedən səlahiyyətli sərhəddən sonra əməliyyat ehtimalına dair "Əgər İrandan Livana silah transferi dəhlizi varsa, Livan dəhşətli bir durumla qarşı-qarşıya qalacaq. Bu halda Livana girmək məcburiyyətində qala bilərik" deyib.
Livandan başlayıb İşğalçı İsrail torpaqlarına qədər uzanan tunellərin geniş və böyük olduğunu söyləyən səlahiyyətli, "Bu tunellər çoxsaylı gücü İsrail ərazisinə keçirərək regionda bir sıra ölümcül hücum təşkil etmək, qaçırmalara cəhd göstərmək və kəndləri ələ keçirmək kimi məqsədlər üçün qazılıb" deyə iddia edib.
Qeyd edək ki, İsrail gücləri 4 dekabrda Livan sərhədində Hizbullaha aid olduğu irəli sürülən tunelləri ortaya çıxararaq məhv etmək üçün "Şimali Qalxanı" adı əməliyyat başlatmışdı.
Həmin gün İsrail ordusunun mətbuat ofisi Hizbullahın Livandan İsrail tərəfinə sızmaq məqsədilə qazdığı irəli sürülən tunellərdən birinin fotoşəkilini dərc etmişdi.
İsrail ordusunun açıqlamasında, təxminən 200 metr uzunluğunda olduğu ifadə edilən tunelin 40 metrə qədər İsrail ərazisinin içinə doğru uzandığı qeyd edilib. Hizbullah isə İsrail ordusunun əməliyyatı və tunel iddialarına dair hər hansı bir açıqlama verməyib.
Müxalifət.az