İsraildən Rusiyaya xəbərdarlıq
9-08-2018 09:33
Baxış sayı:
7627

İsrailli təqaüddə olan general Uzi Rubin, Rusiyanın Suriyaya S-300 hava müdafiə sistemləri sövq etməməsi şərtilə, İsrail və Rusiyanın müdafiə sistemləri sahəsində əməkdaşlıq edə biləcəyini söyləyib.
Müdafiə mövzusunda forumdakı çıxışında Rusiya və İsrail arasındakı əməkdaşlığı qiymətləndirən Rubin, "Bu, Rusiyadan asılıdır. Hazırda Rusiya və İsrail arasında dostcasına münasibətlər var. Rusiya İsrailin təhlükəsizlik problemlərinə haqlı olaraq böyük əhəmiyyət verir" deyib.
Rusiya Suriyaya S-300 sistemləri sövq etdiyi təqdirdə Rusiya və İsrail arasında münasibətlərin pozulacağını deyən Rubin, bunun siyasi bir böhran yaradacağını və ciddi siyasi nəticələri olacağını vurğulayıb.
Müxalifət.az