İsrailin Suriyaya hava hücumunda ÖLƏNLƏRİN SAYI AÇIQLANDI

Baxış sayı:
2383

İsrailin dünən Suriyanın paytaxtı Dəməşqin cənubunda yerləşən İrana məxsus hərbi kompleksə təşkil etdiyi hücumda 15 adamın öldüyü bildirilib. Ölənlərin 8-nin İran əsgəri olduğu qeyd edilib.
 
Mərkəzi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı, İsrailin Dəməşqin cənubundakı İrana məxsus hərbi obyektlərə təşkil etdiyi hücumda 8-i İran hərbçisi olmaqla, 15 nəfərin həyatını itirdiyini açıqlayıb.
Qeyd edək ki, dünən axşam Donald Trampın İran ilə imzalanan nüvə müqaviləsindən çəkildiyi haqda açıqlamasından sonra İsrail, Suriyadakı bəzi hədəflərə hava hücumu təşkil etmişdi.
Müxalifət.az