İstefası istənilən nazirə Ərdoğandan böyük jest - VİDEO
30-06-2018 01:19
Baxış sayı:
6595

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada açılış mərasimlərindən birində Daxili İşlər naziri Süleyman Soylu ilə birgə iştirak edib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bir müddət öncə CHP və HDP tərəfindən istefası istənilən S. Soylunun Ərdoğanın yanında yer alması diqqətləri çəkib.
Soylunun Ərdoğanın yanında yer alması onu tənqid edərək istefasını istəyənlərə bir növ mesaj olub.
Qeyd edək ki, son günlər S. Soylu CHP və HDP əleyhinə sərt sözlər səsləndirib. Bundan sonra sözügedən partiyalar bəyanat yayıb.