İtaliyadan qalmaqal YPG/PKK HƏMLƏSİ

Baxış sayı:
5269

İtalyan ordusu, ABŞ və Fransa qüvvələri azmış kimi, terror təşkilatı YPG/PKK-ya dəstək olmaq üçün Suriyanın İraq sərhədindəki neftlə zəngin Deyrizor bölgəsinə əsgər göndərib. Deyrizordaki etibarlı yerli mənbələrdən alınan məlumata görə, təxminən 1 həftə əvvəl Suriyanın şimalında YPG/PKK-nın işğalında olan bölgələrə İraq üzərindən İtalyan əsgərləri gətirilib. Terror təşkilatı İŞİD əleyhinə beynəlxalq koalisiya tərkibinə daxil olan az sayda İtalyan əsgəri, əvvəlcə Hasekəyə, sonra isə Deyrizora göndərilib. İtalyan əsgərlər Deyrizorun “Ömər” neft sahəsində olan ABŞ bazasına yerləşib. Hazırda, sayları bilinməyən İtalyan əsgərləri, sözdə İŞİD-ə qarşı əməliyyatlarda ABŞ və Fransa əsgərlərinə dəstək verir. İtalyan əsgərlərinin hələlik münaqişələrdə birbaşa iştirak etməyəcəyi bildirilir. Qeyd edək ki, İŞİD, İraq sərhədində yerləşən Hasəkə və Deyrizor rayonları arasında mühasirədə qalan və bir-birindən ayrı iki fərqli bölgədə varlığını sürdürür. YPG/PKK, mayın əvvəlində ABŞ və Fransanın dəstəyilə buradakı İŞİD ünsürlərinə qarşı əməliyyatı yenidən başlamışdı. Ancaq əməliyyata baxmayaraq İŞİD bölgədə hələ də varlığını sürdürür. Bəzi ekspertlərin fikrincə, bir ovuc İŞİD terrorçularının məhv edilməsi ona görə baş vermir ki, onların hələlik bölgədə varlığı ABŞ-ın Suriyada qala bilməsi üçün geosiyasi zəmin təşkil edir. Müxalifət.az