Kanoedə üzən 18 turist itkin düşdü
9-08-2018 22:34
Baxış sayı:
7831

Fransanın cənubunda yerləşən Qar departamentində kanoe ilə üzən 18 turist itkin düşüb.
“RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda BFMTV telekanalı bildirib.
Telekanalın məlumatına görə, turistlər Ardeş çayı üzrə üzürmüş. Onların axtarışlarına təxminən 100 jandarma cəlb edilib. Əməliyyat ərazisinin üstündə üç helikopter patrul keşiyi çəkir.
Məlumata görə, gecə yağan güclü yağışlar regionda subasmaya səbəb olub.