Kəbənin örtüyünün açılması nəyin müjdəçisi idi? - DİN ALİMLƏRİNİN FİKİRLƏRİ

Baxış sayı:
7261

İslam tarixçiləri və hədis alimlərin bəzi əsərlərində, Kəbənin örtüyünün şiddətli bir külək ilə açılması və çılpaq olaraq görünməsi ilə bağlı rəvayətlər yer alır. Bir neçə gün öncə Ərəfə günündə Məkkədə baş verən fırtına səbəbilə Kəbənin örtüyü havaya qalxmış və Müsəlmanların qibləsi ilk dəfə örtüksüz olaraq görünmüşdü. Bəzi İslam tarixçiləri və hədis alimlərin əsərlərində bu məsələ izah edilərkən, Kəbənin örtüyünün bu şəkildə verilməsinin dövlətin məhvi, ya da sultanın məhv edilməsinin əlaməti kimi şərh olunur. ABBASİ SÜQUTUNUN XƏBƏRÇİSİ Suriyalı muhaddis, alim və tarixçi İbn Kəsirin “əl Bidayə və Nihayə” adlı 14 cildlik əsərində miladi 644-ci ilin təsvir olunduğu hissədə Kəbənin örtüyünün şiddətli bir külək ilə açılmasının Abbasi Dövlətinin süqutunun xəbərçisi olaraq görüldüyü qeyd edilmişdir. İbn Kəsirin İslam tarixinin mühüm tarixi mənbələrindən olan “əl Bidayə və Nihayə” adlı əsərində, Kəbənin örtüyünün bu şəkildə açılmasının və çılpaq olaraq görünməsinin Abbasi Dövlətinin süqutunun xəbərçisi və Monqol-Tatar fitnəsinin xəbərdaredicisi kimi rəvayət edilərkən, bir başqa İslam tarixçisi İbnul Hüseyn Elmesudinin “Künnaşetul Etibar” adlı əsərində də bu vəziyyətin, sultanın məhv edilməsinə və yaxud da, hökmünün süqutuna işarə edəcəyi fikri bildirilmişdir. MƏNSURUN ÖLÜMÜNƏ ƏLAMƏT Tarixçi İbnul Hüseyn Elmesudinin “Künnaşetul Etibar” adlı əsərində, "Bəzi tarixçilər nəql edir ki, Kəbənin örtüyünün küləklə açılması sultanın həlakına və ya hökmünün məhv olmasına işarədir. Mənsur zamanında da belə bir şey oldu. İnsanlar bunu Mənsurun ölümünə işarə kimi qəbul etdilər və elə də oldu" deyə, qeyd edilib. Müxalifət.az