Keçmiş köməkçisi Trampı ifşa etdi

Baxış sayı:
1714

Amerika ictimaiyyəti rəyində ajiotaj yaradan və 14 avqustda satışa çıxacaq olan Trampın keçmiş köməkçisi Nyumanın"Nizamsız" (Unhinged) adlı kitabının bəzi hissələri mediada dərc olunub. Ağ Evdəki günləri təsvir edən kitabda Trampı "irqçi" kimi ittiham edən Nyuman, Trampın iş üsullarına və yanaşmalarına da güclü iradlar bildirib. İRQÇİ TRAMP Nyuman, kitabında, daha əvvəl uzun illər Trampın təqdim etdiyi "Çıraq" adlı proqramın iştirakçısı olduğunu və burada ikən Trampın Afro-Amerikalılar üçün "zənci" ifadəsini bir neçə dəfə istifadə etdiyini bildirib. Nyuman, həmçinin, Ağ Evdə Trampın müşavirlərindən Kellyanne Conway-ın yarı Filippinli ərinin ünvanına da bir çox dəfə irqçi ifadələr işlətdiyinii bildirib. AĞIL TARAZLIĞI YERİNDƏ DEYİL Trampın "ağıl tarazlığının” daha da pisləşdiyini iddia edən Nyuman, bir iclasda Trampın əsəbdən kağız çeynədiyini qeyd edib. TRAMPDAN RÜŞVƏT Nyuman kitabında ayrıca, 2017-nin dekabrında vəzifəsinə son verildikdən sonra Tramp haqda danışmaması üçün ona "sus payı" olaraq aylıq 15 min dollar təklif edildiyini, ancaq bu təklifi rədd etdiyini iddia edib. Trampdan Nyumana təpki Sözügedən kitaba qısa müddət ərzində təpki göstərən Tramp isə Nyumanı "ayaq komandası" adlandırıb. Nyumanı yalan danışmaqda günahlandıran Tramp, kitabda deyilənlərin həqiqəti əks etdirmədiyini iddia edib. Müxalifət.az