Keçmiş kəşfiyyat şefindən SENSASİON İTTİHAM: “Paşinyan Qarabağı qaytaracaq”
5-12-2018 15:31
Baxış sayı:
14203

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş rəhbəri, hakim Respublikaçı Partiyasının üzvü David Şahnazaryan dindirilmək üçün MTX-ya dəvət edilib.
Muxalifet.az Teleqraf.com-a istinaden xəbər verir ki, Şahnazaryan baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın ünvanına sərt ittihamlar səsləndirib.
O, iddia edir ki, Paşinyan Azərbaycanın işğal etdiyi Dağlıq Qarabağ bölgəsi ilə bağlı yeni proqramı var və bu, Ermənistanın xeyrinə deyil.
MTX-nın yaydığı məlumata görə, bu bəyanatla Şahnazaryan faktiki olaraq baş nazir səlahiyyətlərini icra edən şəxsi – Nikol Paşinyanı vətənə xəyanətdə ittiham edir.
Qeyd edək ki, David Şahnazaryan Paşinyanın hakimiyyət naminə Dağlıq Qarabağı Azərbaycana verəcəyini iddia edib.