​Kim Çenə şəxsi nömrəmi verdim ki... - Tramp

Baxış sayı:
1912

Kim Çen İn danışmağa başlayanda Şimali Koreya xalqı diqqətlə qulaq asır. Mən də xalqımdan eyni cür münasibət görmək istəyirəm.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri ilə görüşü barədə “Foks Nyus”a açıqlamasında deyib. O, görüş zamanı Kim Çenə şəxsi nömrəsini verdiyini söyləyib:
“Artıq ona zəng edib “bir problemimiz var” deyə bilərəm. Birbaşa mənimlə əlaqə saxlaması üçün ona nömrə verdim. Bir problem yarananda artıq mənə zəng vura bilər. Ünsiyyətimizin olması yaxşı bir şeydir".
Jurnaistin atalar günündə nə edəcəyi ilə bağlı sualını cavablandıran Tramp Şimali Koreyaya zəng edəcəyini deyib. ABŞ prezidenti həmçinin Şimali Koreya lideri ilə görüşü zamanı otaqda olan koreyalı generala hörmət əlaməti olaraq hərbi salam verdiyini bildirib.
Qeyd edək ki, iyunun 12-i Donald Trampla Kim Çen İn Sinqapurda görüşüb. Ağ Ev liderinin görüş zamanı otaqda olan koreyalı generala hərbi salam verməsi ictimaiyyət arasında ciddi narazılığa səbəb olub.