Kim Çenin dostu sevincdən ağladı: ONA İNANIRDIM

Baxış sayı:
4840

Şimali Koreya liderinin yaxın dostu olaraq tanınan keçmiş NBA basketbolçusu Dennis Rodman Kim Çenlə Trampın görüşü barədə danışarkən, göz yaşlarını saxlaya bilməyib.

Muxalifət.az xəbər verir ki, Rodman bu günün hər kəs üçün “böyük gün” olduğunu bildirib.

Məşhur basketbolçunun sözlərinə görə, Ağ Ev rəsmilərdən biri ona zəng vuraraq, Donald Trampın onunla fəxr etdiyini söyləyib.

“Şimali Koreya səfərimdən sonra bir çox ölüm təhdidi aldım. Şimali Koreyaya inanırdım. Evimə belə gedə bilmədim. 30 gün ərzində gizlənməyə məcbur oldum”, - Rodman bildirib.

Xatırladaq ki, bu gün Sinqapurda Donald Trampla Kim Çen arasında görüş keçirilib.