Kiyevin qorxusu: Döyüş gəmilərini Krımdan çıxarsa...
24-08-2018 23:45
Baxış sayı:
1348

Ukrayna Krımdan döyüş gəmilərini götürərsə, o zaman Qərb partnyorları Moskvaya təzyiq etməkdən boyun qaçıracaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Ukrayna donanmasının keçmiş vitse-admiralı Sergey Qayduk deyib.
“Əgər biz Krımdan hərbi gəmiləri ölkəyə gətirsək, Qərb institutları yanında arqumentlərimizi itiririk. O zaman onlar deyəcəklər: Siz ki öz aranızda razılaşdınız. Deməli, heç bir problem yoxdur”.
Qeyd edək ki, Ukraynaya məxsus döyüş gəmiləri Krımın Rusiyaya ilhaqından sonra hələ də yarımadada saxlanılır.