​Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Məşvərət Şurası yaradıldı

Baxış sayı:
3547

Kənd Təsərrüfatı Nazirliyi yanında aqrar sahədə ixtisaslaşmış iri sahibkarlıq subyektlərinin iştirakı ilə Aqrar Məşvərət Şurasının yaradılıb. "Azərsun Holding"in prezidenti Abdolbari Gozal Şuranın sədri seçilib, deyə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat verir.
AMŞ-nin məqsədi kənd təsərrüfatı sektorunun inkişaf yollarını birgə araşdırmaq və birgə səylər göstərməkdir. Şuraya "Azersun Holdinq", "Paşa Holding", "Gilan Holding", "CTC Holding", "AS Group Investments", "Modern Group", "Agrarco", "AzProtein Foods Group", "Səba Qrup" daxildir. AMŞ haqqında Əsasnamə sentyabr ayı ərzində hazırlanacaq.