Kolumbiyada körpü çökdü - 5 ölü
27-11-2018 10:59
Baxış sayı:
5008

Kolumbiyada inşaatı davam edən körpünün sütunu çöküb.
Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 5 fəhlə həyatını itirib.
Körpü tikintisini öz üzərinə götürən "Coviandina" şirkəti hadisə barədə açıqlama yayıb.
Bildirilib ki, şirkət üçün həyatını itirən fəhlələrin ailələrinə yardım ediləcək.
Qeyd edək ki, yanvarın 14-də Chirajara bölgəsində asma körpü tikintisində qəza baş vermişdi. Körpünün çökməsi nəticəsində 9 fəhlə 280 metr dərinlikdəki dərəyə düşərək həlak olmuşdu.