Koreya yarımadasında 10 il sonra ilk – DANIŞIQLAR BAŞLADI

Baxış sayı:
8770

Cənubi və Şimali Koreya arasında son 10 ildə ilk dəfə olaraq hərbi məsələlər və sərhəd bölgəsində gərginliyin azaldılması istiqamətində danışıqlar keçirilir.

Muxalifət.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyindən informasiya yayılıb. Görüşdə hər iki orduya məxsus generalların iştirak etdiyi bildirilir.

Məlumata görə, iki ölkə arasında eyni zamanda nazirlər səviyyəsində müdafiə və hərbi məsələlərin müzakirəsi üçün görüş keçirilməsi ilə bağlı danışıqlar aparılır.