“Koroğlu qaçaq deyil, indi də etnoslarımıza sataşma” - Spikerdən Siyavuş Novruzova TƏPKİ

Baxış sayı:
5136

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibin in müavini Siyavuş Novruzov Məmmədhüseyn Şəhriyar və Şah İsmayıl Xətainin adının ölkədə layiqincə əbədiləşdirilməməsindən narazılıq edib.
 
Muxalifət.az
xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında S. Novruzov bildirib ki, Şəhriyarın adına Azərbaycanda bir qəsəbənin belə olmaması düzgün deyil.
“Halbuki o, Azərbaycanın ən böyük şairlərindəndir.
Bundan başqa, Azərbaycan dövlətinin banisi, 1 milyon kvadrat kilometrdən çox ərazidə dövlət qurmuş Şah İsmayıl Xətaiyə elə yerdə heykəl qoymuşuq ki, orda şəkil çəkdirmək istəyən turist mütləq avtoqəzaya düşəcək. Belə olmaz. Qaçaq Koroğluya parkın ortasında heykəl qoyuruq, amma Şah İsmayılın heykəli yolun ortasındadır”.
Spiker Oqtay Əsədovun deputatına sözlərinə reaksiyası isə belə olub: “Koroğlu qaçaq deyil. İndi də etnoslarımıza sataşma”./apa/