KORRUPSİYA İDARƏSİ HAKİMİ HƏBS ETDİ – Bərdədə əməliyyat keçirilib / FOTO
8-02-2024 11:24
Baxış sayı:
4469

Bərdə Rayon Məhkəməsinin hakimi Elsun Məmmədov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “Gununsesi.info” saytı özəl mənbələrə istinadla xəbər yayıb.
Məlumata görə, məhkəmə hakimi rüşvət almaqda günahlandırılır. Onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün bu gün məhkəməyə çıxarılacağı gözlənilir.