Kremldən Azərbaycan-Ermənistan prezidentlərinin görüşü haqda AÇIQLAMA
15-06-2018 16:29
Baxış sayı:
1612

"Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin Moskvada görüşü ilk tanışlıq idi".
RİA Novosti-nin verdiyi məlumata görə, bu sözləri Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib. O bildirib ki, gələcək görüşlər barədə danışmaq isə hələ tezdir.
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan ötən gün “facebook” səhifəsində Moskvada Rusiya prezidenti Vladimir Putin vasitəsi ilə Azərbaycan prezidenti İlham Əliyevlə tanış olduğunu bildirib.