Kürdə 1 nəfər batdı: FHN axtarışlara başladı
22-08-2018 19:22
Baxış sayı:
1675

Kürdə batdığı ehtimal olunan şəxs axtarılır.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumatda bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batdığı ehtimal olunur.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.