Kürdəmirdə avtomobil su kanalına düşdü - Sürücü boğularaq öldü
26-11-2018 18:31
Baxış sayı:
3349

Kürdəmir rayonunda yol qəzası baş verib.
Muxalifet.az xəbər verir ki, hadisə rayonun Xirdapay kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1999-cu il təvəllüdlü Əli Sahib oğlu Abbasovun idarə etdiyi "KIA Rio" markalı avtomobil yol kənarındakı su kanalına düşüb. Nəticədə avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü boğularaq dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır./report/