​Kurts Avropada yeni ittifaq yaradır - Berlin-Vyana-Roma

Baxış sayı:
1477

Avropa Birliyinin sərhədlərində sərt antimiqrasiya siyasəti aparmaq üçün Vyana-Berlin-Roma antimiqrasiya xətti yaradılmalıdır.
Muxalifet.az xəbər verir ki, bu barədə bəyanatı Avstriya kansleri Sebastian Kurts yayıb.
“Bu, AB-yə qeyri-leqal miqrantların axınının azaldılması üçün lazımdır. Belə bir regional əməkdaşlığın yaranmasına əsas səbəb İtaliyaya gələn miqrantların sonradan Avstriyaya keçməsidir. Burada sığınacaq almaq istəməyənlər isə Almaniyaya qaçırlar. AB-nin miqrasiya sisteminin yenilənməsinə ehtiyac var. Bu gün AB ölkələrinin böyük hissəsi bizim fikrimizlə razıdır. Kimin gəlməsiylə bağlı qərarı miqrantlar yox, avropalılar verməlidir” – deyə o bildirib.