Liderlər yeməyində Ərdoğandan diqqət çəkən tələb!
1-12-2018 09:25
Baxış sayı:
5239

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, G20 Liderlər Sammiti çərçivəsində xanımı Əminə Ərdoğan ilə birlikdə “Colon Theatre”-da keçirilən mədəni tədbirə qatılıb və liderlər şərəfinə verilən ziyafətdə iştirak edib.
Prezident Ərdoğanın halal qida tələb etdiyi, Müsəlman bir müşahidəçinin nəzarəti altında yeməklərin hazırlandığı bildirilib. Həmçinin spirtli içki içilməyəcəyinin bilgisi də verildiyi açıqlanıb.
ƏRDOĞAN ÜÇÜN XÜSUSİ OFİSİANT TƏMİN EDİLİB
Bundan başqa, yemək ziyafətində Ərdoğan üçün xüsusi bir ofisiant təmin edildiyi də açıqlanıb.
Müxalifət.az