"Liverpul" "Fulhem"ə qalib gələrək liderliyə yüksəldi
11-11-2018 20:54
Baxış sayı:
1642

İngiltərənin "Liverpul" komandası "Anfield Road"da 2:0 hesabı ilə "Fulhem"ə qalib gəlib.
Muxalifet.az xəbər verir ki, matç İngiltərə Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilib.
"Liverpul"un qollarını misirli hücumçu Məhəmməd Salah və isveçrəli yarımmüdafiəçi Xerdan Şaqiri vurub.
Bu qələbədən sonra xallarını 30-a çatdıran mersisaydlar oyun çoxluğu ilə liderliyə yüksəliblər.