Əliyevlə Merkelin 6-cı görüşü: əsas müzakirə... - Ekspert

İndiyə qədər Merkel Azərbaycan Prezidenti ilə 5 dəfə görüşüb.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban qeyd edib. O bildirib ki, Merkelin Qafqaz liderləri arasında ən yaxından tanıdığı şəxs İlham Əliyevdir:
"Azərbaycan Prezidenti İlham Əliyevlə Almaniya Kansleri Angela Merkelin görüşləri:
- 07 iyun 2016, Berlin.
- 21 yanvar 2015, Berlin.
- 05 fevral 2010, Berlin
- 01 dekabr 2010, Astanada ATƏT-in VII sammiti
- 15 fevral 2007, Berlin.
Bundan əlavə onlar müxtəlif beynəlxalq tədbirlərdə bir-birləri ilə ayaqüstü söhbətlərdə olublar. Rəsmi və işgüzar görüşləri zamanı mətbuat üçün brifinqlərində son 10 ildə əsas mövzu iki istiqamətdə olub: birincisi, regionda təhlükəsizlik (Dağlıq Qarabağ), ikincisi isə enerji təhlükəsizliyi (Azərbaycan qazının Avropa bazarlarına çatdırılması).
Birinci məsələ ilə bağlı Merkel həmişə tövsiyyə edib ki, məsələ sülh yolu ilə həllini tapsın. Başa düşmək olar.
İkinci məsələ, təbii ki, 140 il əvvəl Avropa şirətləri bizə nəyə görə vurulmuşdularsa, indi də həmin vurğu dəyişməyib - enerji. Hazırda Azərbaycanın Almaniyaya ixracının əsas hissəsi BTC kəmərinin sonunda tankerlərə yüklənmiş yüngül neftimizdir. Gələn ildən "SOCAR Polymer"in istehsal etdiyi yarımfabrikatların müəyyən hissəsi də Almaniya bazarına gedəcək. 2020-ci ildən isə Almaniyanın E.ON şirkəti "Şahdəniz" konsorsiumu ilə imzalanmış 25 illik müqaviləyə əsasən hər il 1,5 milyard kubmetr qazı İtaliyada alacaq. E.ON (digər şirkətlər kimi) bizim qazı elektrikə çevirib Avropada satacaq".
Qeyd edək ki, Almaniya kansleri Angela Merkel avqustun 25-də Azərbaycana səfər edəcək.