​"Lotu Quli"idən Afaq Aslanla bağlı gözlənilməz addım - FOTOLAR

Baxış sayı:
6715

Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov müğənni Afaq Aslanla sevgili olması iddialarını təsdiq edən fotonu silib.
Belə ki, dünən sevgilisinin və özünün adının baş hərfləri yazılan foto artıq "Qulinin" instaqram hesabında yoxdur. Lakin kriminal avtoritet izlənmə siyahısında yeganə izlədiyi şəxs olan Afaq Aslanı saxlayıb.
Qeyd edək ki, bir müddət öncə Afaq Aslanın "Lotu Quli" ilə sevgili olması xəbərləri yayılıb. İddialar müğənninin instaqram hesabının məlumat bölməsinə yazdığı "A-N" hərflərindən qaynaqlanıb. Bundan başqa, Afaq Aslan da instaqramda yeganə olaraq Nadir Səlifovu izləyirdi. Bu barədə müğənniyə dəfələrlə suallar ünvanlansa da, o, şəxsi həyatı ilə bağlı danışmayacağını deyib(publika.az).