Makedoniya NATO ilə bağlı danışıqlara başladı: Son nöqtə...
25-07-2018 19:53
Baxış sayı:
4015

Makedoniyanın NATO-ya üzvlüyü ilə bağlı rəsmi danışıqlar başlayıb.
Muxalifet.az xəbər verir ki, NATO-nun nümayəndə heyəti artıq Skopyedədir.
NATO-nun Siyasət və təhlükəsizlik şöbəsinin Avroatlantik və qlobal əməkdaşlıq üzrə direktoru Ceyms Makkeyin rəhbərlik etdiyi nümayəndə heyəti Skopyedə Makedoniyanın baş naziri Zoran Zaevlə görüşüb. Z. Zaev bildirib ki, ölkəsi ilə NATO arasındakı əlaqələrin hazırkı mərhələsi təhlükəsizlik və sabitliyin təminatına aparır, bu isə Makedoniyanın iqtisadi inkişafı üçün əlavə imkanlar açır.
Qeyd edək ki, NATO-nun 11-12 iyulda Brüsseldə keçirilən zirvə toplantısında Makedoniya rəsmi şəkildə NATO-ya qatılmağa dəvət alıb.