«MAQATE KXDR-in denuklearizasiyası əlamətlərini görmür» – «AFP» agentliyi

Baxış sayı:
1699

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, atom enerjisi üzrə beynəlxalq Agentik (MAQATE) Koreya Xalq Demokratik Respublikası (KZDR) ali rəhbərliyinin vədlərinə rəğmən, özünün nüvə sahəsindəki fəaliyyətini davam etdirməsindən narahatlıq keçirir.

Bu barədə, sözügedən təşkilatın Baş direktoru Yuki Amanonun məruzəsində söhbət açılır. Məruzədən parçaları «AFP» agentliyi dərc edir.

«KXDR-nın nüvə proqramının davam və inkişaf etdirilməsi ciddi narahatlıq doğurur» – deyə, agentlik Amanonun sözlərindən sitat gətirir.

«Məruzədə qeyd olunduğu kimi, MAQATE «radiokimyəvi laboratoriyanın» fəaliyyəti ilə bağlı, aprelin sonu – mayın əvvəli, Pxanmundc sərhəd məntəqəsində koreyalararası sammitdən sonra qeydə alınmış aktivlik barədə məlumatlara malikdir. Təşkilat hesab edir ki, Yonbendəki eksperimental reaktor 2015-ci ilin dekabrında başlanmış əməliyyat tsiklini davam etdirir. Həm də MAQATE-nin məlumatına görə, Pxenyan yüngül su ilə işləyən (soyudulan) reaktorun yaradılması işlərini, uran hasilatını və zənginləşdirilməsini Pxensandakı obyektində davam etdirir».